MEDİA

AZƏRBAYCAN BOKSÇULARI ÇİNDƏ 10 MEDAL QAZANIBLAR
28.09.2026
Previous
Next

Çinin Sincan-Uyğur Muxtar Rayonunda boks üzrə böyüklər və gənclər (U-19) arasında beynəlxalq “Kəmər və Yol” turniri keçirilib. Yarışda iştirak edən Azərbaycan milli komandaları 10 (2-3-5) medal qazanıblar.

Dünya çempionatına hazırlaşan U-19 yığmamızın heyətində Nihat Qasımov (55 kq) və Səftər Məmmədzadə (+90 kq) turnirin qalibi olublar. Heydər Əzməmmədov (85 kq) gümüş, Əli Baxışov (60 kq), Renat Qiyaslı (80 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər.

Əsas komandamızın heyətində isə Tural Sarıyevlə (55 kq) Sərxan Əliyev (70 kq) ikinci, Zəlimxan Süleymanov (55 kq) və Zaur Qəhrəmanov (65 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, boksçularımız Çində yarışdan öncə 26 ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına da qatılıblar.

Bölüş

Təşəkkür edirik!